Page 55 - Milletlerarası Sempozyum Bildiri Kitabı
P. 55
şərhlər çox ola bilər, lakin onların hamısı istər-istəməz yenilik və qeyri-adiliklə bağlıdır və bu
baxımdan əsər xalçanın yaradıcı transformasiyasının mahiyyətini əks etdirir.
Fərid Rəsulov interyerin divar və mebelindən tutmuş ən kiçik detalına kimi hər şey xalça
ornamentləri ilə örtülmüş “Xalça otağı” layihəsini tərtib etmişdir. Beləliklə, hər kəs özünü yeganə,
əbədi, universal əsər olan xalçanın içində hiss edə və onun ənənəvi Azərbaycan interyeri və
ümumiyyətlə, ölkə sənətinə böyük təsirini dəyərləndirə biləcək. Fərid Rəsulov öz installyasiyası
üçün Qarabağın “Çələbi” xalçasının ornament və kompozisiyasından (rəsm ) yararlanıb.
Bu nümunələrdə yenilənən yalnız ideya və onu tamamlayan bədii ifadır. Bu nümunələr
müxtəlif cür qarşılansa da gənclərin, yeni zamanın, yeni nailiyyətləri adlandırıla bilərlər.
19

