Page 53 - Milletlerarası Sempozyum Bildiri Kitabı
P. 53
of history Azerbaijan carpet in the period of independence continues its development more creative
- in the form of revival of independent, new views. The creative work of avant-gardists Faig Ahmad,
Chingiz Babayev, Farid Rasulov and a famous artist Tahir Salahov can be called new achievements
of new time.
Key words: history, carpet, tradition, reneissance, heritage, modernity, artist
Xalça türk xalqının yaratmış olduğu ən qədim abidədir. Bu toxuma mədəniyyəti
Azərbaycanda qədim zamanlardan mövcud olmuş, öz inkişafının yüksək pilləsinə ucalmış, xalq
sənəti növləri içərisində aparıcı yeri tutmuşdur.
Xalqın ruhundan yoğrulmuş sonsuz çeşidli naxışlar minilliklərin yaddaşını özündə saxlayır.
Xalçanı duymaq üçün toxumanın növlərini və ya hər hansı bir motivin adını bilmək azdır. Xalçanın
yarandığı tarixi-mədəni arealı, xalqın inancları, əfsanələri, ayinləri, yaşam tərzi ilə bağlı geniş
məlumata yiyələnmək və bu yolla kodlaşdırılmış naxışların açılması üçün müvafiq açarlar tapmaq
lazımdır.
Şimaldan cənuba, şərqdən qərbə doğru uzanan qədim ticarət yolları, eləcə də Şumer,
Assuriya, Yunan, Roma, İran, Türk, Hind, Çin və s. sivilizasiyaları birləşdirən Böyük İpək Yolu
Azərbaycan ərazisindən keçib. Bu ərazidə tarixən çoxlu insanlar müxtəlif istiqamətlərdə hərəkət
edib, hər kəs bir naxış, hər karvan bir iz qoyubdur.
İslama qədər dünyanın bütün dinlərinin yaşanmış olduğu Azərbaycan torpağında tarix boyu xalça
müqəddəs tutulub, ali rütbəyə yüksəlib.
Xalçanın mənəvi dəyərindən söhbət açdıqda, onun naxışlarının özündə yaşatmış olduğu
bədii obraz və orijinallıqla yanaşı onların daşıdığı semantik məziyyətlərə də toxunmaq lazımdır.
Naxış sənətinin tədqiqi belə nəticəyə gəlməyə imkan verir ki, naxış mədəniyyətimizin
kökləri neolit-eneolit dövründən başlamış, İslam dininin yayılmasından sonra yeni inkişaf zirvəsinə
çatmışdır. Lakin bu inkişaf heç vaxt sabit vəziyyətdə qalmamış, tarix boyu yeni bədii tövhələrlə
zənginləşmiş, zamanla ayaqlaşmışdır.
Xalq arasında çox sevilən bu sənətlə çadırda yaşayan adi toxucudan başlayaraq, saray
mühitində tanınmış miniatürçi rəssamlar – Soltan Məhəmməd, Behzad, hətta Səfəvilər dövlətinin II
şahı Təhmasib boyakarlıq üslubunun toxuculuga uğurlu sintezindən doğan naxışlar çəkmiş,
xalçalarda dəbdəbəli bədii quruluş yaratmışlar. Dünya bazarlarına Venesiyalı və digər tacirlər
tərəfindən daşınıb aparılan, müxtəlif çəkişmələr zamanı qarət edilən bu xalıları əcnəbilər çox sevmiş,
şəxsi kolleksiyalarına və muzey saxlanclarına daxil etmişlər. Bu gün Rusiyanın Ermetaj,
Etnoqrafiya, Amerikanın Tekstil, Londonun Viktoriya və Albert, Gürcüstan bir çox muzeylərində
Azərbaycan xalçaları saxlanmaqdadır.
Xalça sənəti tarixin inkişaf etdiyi hər dönəmdə önəmli olmuşdur. Azərbaycanın Bakı,
Şirvan, Quba, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi coğrafi ərazilərə məxsus xalçaları bədii və
texnoloji üslub baxımından fərqli, bir-birindən seçilən tərzdə toxunmuşlar. Azərbaycanda tarixi
zamana uyğun dövlətin siyasi durumu dəyişsə də xalıya olan münasibət sabit qalmışdır. Lakin
xalçalar üzərində yer alan süjetlər zəmanəsinə görə dəyişmişdir. Sovet dövrünün əvvəllərində
proletariatın qələbəsinə, ilk siyasi liderlərə həsr edilmiş xalçaları ilə yadda qalıbdır.
Sosrealizm incəsənəti dedikdə biz özəl ideoloji cərəyanlardan birini nəzərdə tuturuq. Bu
XX əsrin əvvəllərində (1920-ci illərdən başlayaraq) Rus hakimiyyətinin siyasi qüvvələrinin mifə
çevrilmiş sosialist idealoji baxışlarına uyğun yaranmış və kütləvi hal kimi ədəbiyyatda, fəlsəfədə və
eləcə də incəsənətin bütün sahələrində izini qoymuşdur. Sosialist realizmi üslub sadəliyi, müvəqqəti
və keçiciliyi, zəmanəsinin totalitar siyasi baxışlarının təbliğatına xidmət edən yeni cərəyan idi. Bu
zaman kəsiyində təsviri sənətdə, dekorativ tətbiqi sənətin bütün növlərində mövcud reallığı əks
etdirən yeni rəmzlər və simvollarla dolu əsərlər yaradılırdı. Çox maraqlı hal kimi mən Azərbaycan
tekstilində - tikmə və xalçalar üzərində 1920-ci illərdən başlayaraq meydana gəlmiş sənət əsərlərini
nümayiş etməyə çalışacam. Azərbaycan xalqının toxuculuq sahəsində böyük ənənəsi vardır. Bu
sənətlə xalq kütləvi şəkildə bütün kənd və şəhərlərdə, geniş coğrafi ərazidə məşğul olmuşdur. Bu
sənətin təməlini sənətkarlar pərakəndə şəkildə - evlərdə, daha sonra - saray emalatxanalarında,
ustaların yaratdıqları - özəl karxanalarda və nəhayət sosializmin meydana gəldiyi illərdə,
kollektivləşmə dövründə - muzdlu şəkildə evlərdə (надомники), artellərdə davam etdirmişlər. Bu
cərəyan incəsənətdə bəlli tarixi dövrün yaratmış olduğu bədii ənənə, daha doğrusu isə miras qoyduğu
süjetləri, qəhrəmanları, naxışları, üslubunda yol verdiyi eklektizmi ilə zəmanəsinin tarixcəsidir. Bu
cərəyanın qısa zaman ərzində geniş yayılması səbəbini öyrənərkən məlum olur ki, o ideoloji təbligat
üsulu kimi xalq arasında, həm də kütləvi istehsalat müəssisələrində tətbiq edilmişdir.
Azərbaycanın geniş xalça məktəbləri içərisində öz novatorluğu ilə seçilən Qarabağ, yeni
üslubların tətbiqində özəl yer tutan Bakı şəhəri, sənətkarlarının peşəkarlığı ilə seçilən Şəki və digər
mərkəzlərdə yaranmış əsərlər həmin dövrün yadığarları kimi qiymətlidirlər. Onlar nəinki
17

