Page 54 - Milletlerarası Sempozyum Bildiri Kitabı
P. 54
Azərbaycan, keçmiş Sovetlər birliyi məkanı üçün çox da uzaqda olmayan bəlli tarixin bir parçası,
dünya miqyasında maraq doğuran sənət əsərləridirlər (rəsm. ). Bu sırada Qarabağda silsiləvi toxunan
Sosialist Proletarlarının rəhbəri V.İ.Lenin və Azərbaycanın siyasi xadimi Nəriman Nərimanova,
İ.Stalinə, sosialist bayraq və gerblərinə, sosializm cəmiyyətində yaradılan məktəb və kollektiv
müəssisələrin təbliğinə həsr edilmiş silsiləvi xalçaları nümunə göstərmək istəyirəm (rəsm. ). Bu
dövrün şah əsəri kimi tanınmış rəssamlar Lətif Kərimov, İsmayıl Axundov və Kazım Kazımzadənin
2
müəllifi olduqları 70 m ölçülü Stalinin 70-illiyinə həsr edilən xalça üzərində (rəsm. ) zəmanənin
estetik baxışları, təsəvvürləri yer alıb.
2
Sovet incəsənətinin bir parçası, dövrünün şah əsəri - 70 m ölçülü Stalinin 70 illiyinə həsr
edilmiş xalça. Zəmanənin estetik baxışlarının, təsəvvürlərinin əksi, xalq sənətimizin kökləri
üzərində yaranan nümunə. Tanınmış xalça rəssamı Lətif Kərimov, teatr rəssamı İsmayıl Axundov
və qrafik rəssam Kazım Kazımzadənin (rəsm. ) 1948-ci ildə birgə yaratdıqları çeşni əsasında 1949-
ci ildə toxunulmuş “Stalin 70”- illiyinə həsr edilmiş xalı çox dəyərlidır. Bu zamanadək böyük
ölçülərdə İran və Türkmənistanda xalılar toxunmuşdur, lakin onlar ornamental quruluşda
olduqlarından Stalinə həsr edilmiş süjetli xalı yeganə və ilk nümunə idi. Xalının xalqın adından
rəhbərə hədiyyə olaraq təqdim ediləcəyi səbəbindən Azərbaycanda böyük hadisəyə çevrilmişdi.
1948-ci ildə hazırlanan çeşni (rəsm. ) Azərbaycanın Nazirlər Sovetinə təqdim edilir, toxunulmasına
razılıq alınır, 1949-cu ilin fevral-mart aylarından isə ümumi sayı 70 nəfərdən ibarət olan heyətlə
xalçanın toxunulması prosesinə başlanır. İş 3 növbədə, hər gün 90.000 ilmə vurulması şərti ilə gecə
və gündüz dayanmadan davam edir. Başa çatması nəzərdə tutulan tarixdən 4 gün öncə, rəhbərin
doğum tarixindən 1 ay əvvəl, 21 noyabrda tamamlanan xalı düz 8 ay ərzində toxunur. Bu əsər
zəmanəsinin dastanına çevrilir (rəsm. ). İş çox məsuliyyətli idi. 70x70 olan yüksək sıxlıq, 35.000.000
ümumi ilmə sayı, xalının səthində istifadə edilən 70 rəng və çaların yaratdığı həzinlik, 70 sayda
fərqli mövzulu süjetlər, obrazlar, Azərbaycanda baş verən quruculuq işləri - zavod, stansiyalar, Bakı,
Gəncə, Göygöldən mənzərə, Elmlər Akademiyası və Konservatoriya kimi monumental binalar, yeni
məktəb, “Koroğlu” operasından səhnə, bədən tərbiyəsi nümayişini və s. irili-xırdalı ölçüdə göllərin
içərisində toxumaq imkanı verir. Böyük Vətən Müharibəsində döyüşən 416-cı Azərbaycan
diviziyasının hərbi əməliyyatlarından fraqmentlər, Sosialist Respublikalarının çoxlu sayda gerbləri,
oraq-çəkic, Lenin ordeninin təsviri və s. xalını daha da zənginləşdirirdi. Xalının ana haşiyə zolağı
boyu, hər dörd küncündə “70” rəqəmi təkrarlanır, süjetlər öz dinamikliyi ilə seçilir və silsilə şəklində
təkrarlanan kətəbələri bəzəyirdi. Buradakı süjetlərin hər biri xalı üzərində yalnız bir dəfə toxunub.
Stalin bütün varlığıyla, çox canlı şəkildə xalçanın mərkəzində 4 m. hündürlüyündə təsvir edilib.
Onun üzünün, baxışlarının daha ifadəli alınması üçün 210 çeşid müxtəlif rəngli yun iplikdən istifadə
edilib. Ara sahəni bəzəyən zərif naxışlar içində neft buruqları və pambıq qozaları yerləşdirilib. Bədii
cəhətdən Bakı, texniki baxımdan Təbriz məktəbinə xas klassik bədii quruluşla yanaşı Stalinin
silahdaşları olmuş - Kirov, Orcenikidze, Molotov, Beriya, Bağırov və digər simalarla yanaşı sadə
zəhmətkeşlər, dostluğa, həmrəyliyə səsləyən süjetlər Azərbaycandakı firavan quruculuq həyatını əks
etdirirdi.
Xalının toxunulmasına xərclənən 560 min rubl vəsait Neft hasilatından əldə edilən gəlir
hesabına ödənirdi. Toxucular - Sona Əhmədova, Gülnənə Mustafayeva, texniki rəhbər – Cəbrayıl
Əhmədov və rəssamlar - Lətif Kərimov, İsmayıl Axundov və Kazım Kazımzadə 1950-ci ildə I
dərəcəli SSRİ Dövlət mükafatı laureatı (Stalin mükafatı) adı ilə təltif edilmişlər. Bu xalı və çeşni
hazırda Azərbaycan Milli İncəsənət Muzeyində qorunur.
İndi isə xalça sənətimiz bambaşqa, yeni inkişaf mərhələsini yaşayır. Xalq ənənəsi və
müasirlik bir-biri ilə eyni məkanda qovuşur. Tarixin mürəkkəb sınaqlarından uğurla çıxmış
Azərbaycan xalçası müstəqillik əldə edildiyi dönəmdə öz inkişafını daha yaradıcı - yeni baxışların
oyanışı şəklində davam etdirir. Sözsüz ki, xalça rəssamıları və ustaları içərisində klassik üslubda
yaradan sənətkarlar mövcuddur. Lakin avanqard üslubda çalışan Faiq Əhməd yaradıcılığında
“Axsan xalça” silsiləsindən “Kvintessensiya 2” (rəsm ), Çingiz Babayev yaradıcılığında “Qara”,
“İki”, “Müqavimət”, “Yallı”, “Bomba” (rəsm ), Fərid Rəsulov yaradıcılığında interyerinn xalça
kompozisiyası ilə bəzədilməsi kimi yeni üslub yer alır.
“Axan” xalçalar uzun müddətdir ki, Faiq Əhməd yaradıcılığının bir növ əsas vizit kartıdır.
Üzərində nefti xatırladan qara axının təsvir olunduğu “Kvintessensiya 2” adlı belə xalçalardan biri
təqdim olunur (rəsm ).
Cingizin xalçası öz müasirliyi və nəfis sadəliyi ilə heyrətləndirir. Burada lakonik forma
bütünlüklə çoxtərəfli bir fikrə tabedir. Xalçanın ara sahəsində bir tipli qara və yalnız biri digər rəngdə
olan zoomorf (qarğa) təsvirlər yer alır ki, bu da “Ağ qarğa”nın simvolik təsvirini təcəssüm edir (rəsm
). Bu əsərin əsas ideyası –cəmiyyətin fikir axınına qarşı gedən tək düşüncəni, kütləvi düşüncəni
dəyişmək iqtidarında olan zaman və məkanın müəyyən bir nöqtəsini göstərməkdir. Bu ideya ilə bağlı
18

